AZ

Zelenski Kurskda nə qədər ərazinin ələ keçirildiyini açıqladı: "Rusiya ordusu geri çəkilir"

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski kontakt qrupunun NATO-nun Almaniyadakı Ramştayn hərbi bazasında keçirilən iclasındakı çıxışı zamanı Kursk vilayətinin 1,3 min kvadrat kilometrdən artıq ərazisinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna ordusu 100 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib, Rusiya ordusu isə onların yaxınlaşdığını görərək geri çəkilib.

Zelenski Rusiyanın Kursk ərazisindən Sumsk vilayətinə hücum planlaşdırdığını, lakin Ukrayna ordusunun təşəbbüsü ələ alaraq, müharibəni Rusiya torpaqlarına keçirdiyini söyləyib.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
hurriyyet.az

10Mənbələr