AZ

"Telegram"da şəxsi mesajlarda məxfilik ləğv edilir?

"Telegram" platformasının rəhbərliyi Durovun həbsi ilə əlaqədar tətbiqdə şəxsi söhbətlərin moderasiya siyasətində dəyişikliklər barədə şayiələri təkzib edib.

Bu barədə mesencerin "X" hesabında yayımlanan rəsmi bəyanatda bildirilib.

Bəyanatda deyilir ki, şəxsi söhbətlər hələ də məxfi olaraq qalır.

Mesajlaşma xidmətinin nümayəndələri istifadəçilərə xatırladıblar ki, onlar həmişə yönləndirmə funksiyasından istifadə edərək istənilən qrupdan gələn mesajlar haqqında moderatorlara şikayət edə bilərlər.

"Hər kəs kodu yoxlaya və heç bir dəyişikliyin edilmədiyinə əmin ola bilər", - deyə bəyanatda vurğulanıb.

Bununla yanaşı, rəhbərlik qeyd edib ki, istifadəçilər yeni "gələn" söhbət haqqında moderatorlara məlumat vermək imkanına malikdirlər.

14:28

"Telegram"ın həmtəsisçisi Pavel Durovun Fransada saxlanılmasından sonra platformanın təhlükəsizlik siyasətində gözlənilməz dəyişikliklərə imza atılıb. Belə ki, mesencerdə indi şəxsi söhbətlərin moderasiyasına başlanılacaq.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "TechCrunch" portalı xəbər yayıb.

Nəşrdə bildirilir ki, "Tez-tez verilən suallar" (FAQ) səhifəsindən şəxsi söhbətlərin moderasiya sorğularından qorunması haqqında məlumat silinib.

Bunun əvəzinə, rəhbərlik yenilik barədə elan edib və bütün "Telegram" tətbiqlərində qanunsuz məzmun haqqında moderatorlara məlumat vermək üçün "Şikayət et" düyməsinin yaradıldığını bildirib. Tərtibatçılar, həmçinin FAQ səhifəsində məzmunun silinməsi məqsədilə link əlavə edərək moderatorlara sorğu göndərmək üçün elektron poçt ünvanı təqdim ediblər.

Ancaq "Telegram"ın özündən moderasiya siyasətindəki dəyişikliklər barədə açıq şəkildə elan edilməyib.

Qeyd edək ki, yeniliklər "Telegram" istifadəçiləri arasında birmənalı qarşılanmayıb. İstifadəçilər bildiriblər ki, onların çoxu məhz məxfilik müdafiəçisi kimi reputasiyasına görə bu mesenceri seçib.

Moderasiyanın necə həyata keçiriləcəyi və "qanunsuz məzmun"un müəyyən edilməsi üçün hansı meyarlardan istifadə olunacağı hələlik aydın deyil.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
cebheinfo.az

1Mənbələr