AZ

Kim ki yüz il yaşamırsa... - Xiyarın faydaları

Bəlkə də çoxları elə düşünür ki, tərkibi 95 faiz sudan ibarət olan xiyar yalnız salat kimi qida rasionumuzda yer tutur. Ancaq bu düşüncədə olanlar yanılırlar. Çünki xiyarın tərkibində olan digər maddələr orqanizm üçün olduqca faydalıdır. 

Yenisabah.az xiyarın saymaqla bitməyən faydalarını təqdim edir:

1. protein vakansiya 2023

2. karbohidratlar

3. lif

4. nişasta

5. pektin

6. üzvi turşu

7. kalium

8. kalsium

9. maqnezium

10. natrium

11. fosfor

12. dəmir

13. yod

14. kobalt

15. manqan

16. mis

17. molibden

18. fluoro

19. sink

20. Vitamin B

21. Vitamin E

22. Vitamin C

23. Vitamin B1

24. Vitamin B2

25. Vitamin B9

26. Vitamin PP

İnanılmazdır və yəqin ki, bu tərkib haqqında heç vaxt düşünməmisiniz. İndi isə gəlin bu toplunun orqanizmə faydalarına nəzər yetirək:

1. Qan təzyiqini aşağı salır

2. Ürəyin fəaliyyətinə müsbət təsir göstərir

3. Sakitləşdirici xassəyə malikdir

4. Orqanizmdə olan zərərli maddələrin xaric olmasında mühüm rol oynayır

5. Əqli və fiziki yorğunluğu aradan qaldırır

6. Böyrək xəstəliklərinə qarşı mübarizədə ən yaxşı vasitədir

7. Susuzluğu götürür

8. Dərini cavan və təravətli saxlayır

9. Sidikqovucu xüsusiyyətə malikdir

10. Maddələr mübadiləsini tənzimləyir

11. Qaraciyərin fəaliyyətini normallaşdırır

12. Qanda şəkərin miqdarını azaldır

13. Xərçəng xəstəliklərinin profilaktikası üçün effektlidir

14. Ağızdan gələn xoşagəlməz qoxunu götürür

15. Həzm prosesini yaxşılaşdırır

16. Saç və dırnaqlardakı problemləri aradan qaldırır

Beləliklə, sadaladıqlarımızla xiyarın orqanizm üçün faydaları bitmir. Xiyar həm də təbii kosmetik vasitədir. Xanımlar yay fəslində üz dərilərinin sağlam və gözəl olmasını istəyirlərsə evdən çıxmadan buna nail ola bilərlər. Bunun üçün eyni miqdarda xama və sürtgəcdən keçirilmiş xiyarı qarışdırıb üz dərisinə və boyun nahiyəsinə çəkin, 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bunu həftədə iki dəfə etməklə gözəl və təravətli dəriyə sahib olacaqsınız. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
yenisabah.az

1Mənbələr