AZ

Ermənistanın vəziyyəti gərginləşdirən aqressiv davranışları: “Bu, qarşı tərəfin genişmiqyaslı təxribat, hətta eskalasiyaya hazırlaşdığını…”

“Azərbaycan bu kimi aqressiv davranışların qarşısının alınması üçün daha təsirli addımlar atmalıdır”.

Bunu Ermənistanla Azərbaycan arasında mümkün müharibə ehtimalından danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, şərti sərhəddə erməni təxribatlarının baş verməsi Azərbaycan ordusunun daha təsirli addımlar atmasını zəruri edir:

“İntensiv şəkildə atəşkəs pozuntları ordumuzun həmin ərazilərdə xidmət edən şəxsi heyətinin həyat və sağlamlığına ciddi təhdidlər yaradır. Ermənistanın həm təxribatlara əl atması, həm Azərbaycanla sərhəddə yeni hərbi hissələr yerləşdirməsi, həm də ərazilərimiz üzərində dron uçuşları həyata keçirməsi birmənalı olaraq qarşı tərəfin genişmiqyaslı təxribat, hətta eskalasiyaya hazırlaşdığını deməyə əsas verir.

Eyni zamanda, İrəvan ABŞ, Fransa və Hindistan tərəfindən hərbi, siyasi, diplomatik və maliyyə dəstəyi əldə edir. Belə olan halda, 30 illik işğal tarixinə malik olan Ermənistan daha da cəsarətlənir. Nəticədə isə regionda aqressivlik müşahidə etdirir. Azərbaycan bu kimi aqressiv davranışların qarşısının alınması üçün daha təsirli addımlar atmalıdır”.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
yenicag.az

1Mənbələr