AZ

Durov Rusiyanın diplomatik yardımından imtina edib


“Telegram” messencerinin təsisçisi Pavel Durov Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ona təklif etdiyi diplomatik yardımdan imtina edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” qəzeti fransız rəsmiyə istinadla məlumat yayıb.
“Sözügedən şəxs Rusiya tərəfindən konsulluq mühafizəsindən və BƏƏ konsulluğunun nümayəndəsinin səfərindən imtina edib, lakin BƏƏ səfirliyini vəziyyətlə bağlı məlumatlandırmağa razılaşıb”, - mənbə bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Parisdəki rusiyalı diplomatlar Durovun saxlanması ilə bağlı vəziyyətdə lazım olan hər şeyi ediblər.
Qeyd edək ki, Durov avqustun 24-də axşam Fransanın “Le Burje” hava limanında şəxsi təyyarəsindən düşərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib. O, qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla 6 cinayətdə ittiham olunur. “Telegram”ın təsisçisi 5 milyon avro girov müqabilində zaminə buraxılıb və onun Fransadan çıxışna qadağa qoyulub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
28
yeniavaz.com

10Mənbələr