AZ

Tərtərin icra başçısı Şəhid atasını ZİYARƏT ETDİ

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayonTəşkilatının sədri Eldar Əsədovla birlikdə Bərdə rayonunun Hacılı kəndində 60 illikyubileyi münasibəti ilə şəhid Elvin Abbasovun atası Şamil Abbasovu ziyarət edərək,onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. İcra başçısı bütün şəhidvaldeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyətitərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinəgöstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, torpaqlarımızın hər bir qarışınınişğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət vəqayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq hərkəsin mənəvi borcudur.Qeyd edək ki, Elvin Abbasov 1992-ci il may ayının 6-da Ağdərə rayonunun Umudlukəndində anadan olub.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olanElvin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığıuğrunda gedən döyüşlərdə vuruşub. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarınaqatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunuşərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və “Şuşanın azad olunmasınagörə" medalları ilə təltif edilib.Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən həssas münasibətə görə möhtərəmPrezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya özminnətdarlıqlarını bildiriblər.Dia-az.İnfo

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
dia-az.info

1Mənbələr