AZ

“Mətbuat səhərdən axşama kimi Ermənistana silah daşındığını yazır” - Koçaryandan etiraf

“Ermənistanən xarici ölkələrdən silah alması ilə bağlı Azərbaycanın narahatlığı tamamilə təbiidir.”

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentin iqtidar partiyasından olan deputatı, Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan yerli mətbiata açıqlamasında bildirib.

“Mətbuat səhərdən axşama kimi Ermənistanın Hindistandan, Fransadan silah aldığını, Amerika təyyarələrinin hər 10 dəqiqədən bir İrəvana uçduğunu yazır”, - o,deyib.

Köçəryan bildirib ki, 44 günlük müharibədən Ermənistan hakimiyyəti dərs götürüb və ölkənin təhlükəsizliyini təmin etmək üçün proqram həyata keçirir.

Bununla da o, İrəvanın sürətlə silahlandığını etiraf edib. 

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
azpolitika.info

1Mənbələr