AZ

Zaporojyenin işğal olunmuş kurortlarına qafqazlılar köçürülüb - "Azadlıq" radiosu

2022-ci ilin fevralında Rusiya Federasiyasının başlatdığı tammiqyaslı müharibə ilə əlaqədar olaraq, Ukraynanın müəyyən bir hissəsi işğal altında qalır. Burada, bir qayda olaraq, müharibə səbəbindən müvəqqəti olaraq tərk edilmiş mənzillərdə ruslar məskunlaşırlar. Xüsusilə Zaporojyedə xeylis ayda yad adamlar peyda olub.

“Zaporojye vilayətinin işğal olunmuş hissəsindəki Primorskoe kurort şəhərində Rusiya ordusunun şəhəri işğal etdiyi 2022-ci illə müqayisədə əhalinin sayında artım müşahidə olunur. Hansı ki, ukraynalılar buranı tərk ediblər”, – “Azadlıq” radiosu yazıb.

Qeyd edilib ki, bölgənin işğal olunmuş kurortlarında xüsusən Qafqazdan olanlar məskunlaşdırılıblar.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
news365.az

1Mənbələr