AZ

Yoxsulluq həddi nəyi ifadə edir? Azərbaycanda yaşayış minimumu necə hesablanır? Prosesin A-dan Z-yə izahı

Yoxsulluq termini insanların və ya icmaların minimum həyat səviyyəsini təmin etmək üçün maliyyə resurslarına və digər zəruri ehtiyaclara malik olmadığı vəziyyətə aiddir. Yoxsulluq səviyyəsi altında olan insanlar əsas insan ehtiyaclarını ödəyə bilmirlər.

Yoxsulluq içində yaşayan insanlar və ailələr normal səviyyədə yaşayış, təmiz su, sağlam qida və ilkin tibbi yardım tələblərini qarşılaya bilmir. Hər bir dövlətin yoxsulluq həddini və əhalisinin nə qədər hissəsinin yoxsulluq həddindən aşağı yaşadığını müəyyən etməsi istiqamətində fərqli hesablama meyarları ola bilər.

Dünya Bankına əsasən gün ərzində gəliri 2.15 ABŞ dolları (ay ərzində 30*2.15=64.5 ABŞ dolları) dollarından az olan insanlar yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Yəni Dünya Bankı belə hesab edir ki, bir insan ay ərzində yuxarıdakı hesablama ilə təqribən 110 manatdan aşağı gəlirə sahibdirsə yoxsuldur. Bu göstərici təbii ki, yazının əvvəlində göstərilən minimal ehtiyacları (həyatda qalmaq üçün təmiz su, qida ehtiyacını qarşılamaq üçün hesablanmışdır. Hazırda dünyada təqribən 700 milyon insan bu göstəricidən aşağı səviyyədə yaşayır.

Azərbaycanda isə bu hədd yaşayış minimumu əsasında tənzimlənir. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində (məbləğlər bir ay üçün nəzərdə tutulub) müəyyən edilmişdir. Qanunvericiliyə əsasən yaşayış minimumu məbləğinə daxildir:

  1. Minimum istehlak səbətinin dəyəri
  2. İcbari ödənişlər

Nazirlər Kabinetinin qərarı ilə hər bir nəfər üçün ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər ilə əlaqədar bir nəfər üçün illik istehlak norması müəyyən olunur (aşağıdakı cədvələ bax). Hər il aşağıdakı siyahıda qeyd olunan məhsulların cari və orta illik qiymətləri üzrə yaşayış minimumu hesablanır.

Necə hesablanır: aşağıdakı siyahıdakı məhsul və xidmətlər üzrə inflyasiya da nəzərə alınmaqla orta illik qiymət hesablanır. Həmin qiymətlər istehlak normasına vurulur və illik dəyərlər hesablanır. Yekunda aylıq göstəricinin hesablanması üçün illik dəyərlər 12-yə bölünür. Məsələn, kartofun illik orta qiymət 1 kq üçün 1 manat nəzərə alınırsa əmək qabiliyyətli əhali üçün illik kartof xərci 54.8 manat kimi nəzərə alınır (1 manat x 54.8 kq)

Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi

(Mənbə: https://e-qanun.az/framework/10061)

1. Ərzaq məhsulları (kq-la illik)

Sıra

№-si

 

Əmək qabiliyyətli əhali

Pensiyaçılar

Uşaqlar

0-15 yaş

1.

Çörək və çörək məhsulları (una çevirməklə)

136.8

107.9

100.5

2.

Kartof

54.8

40.2

42.0

3.

Tərəvəz və bostan məhsulları

97.2

85.2

100.7

4.

Meyvə və giləmeyvə

38.0

32.0

76.0

5.

Ət və ət məhsulları

32.9

25.6

29.6

6.

Süd və süd məhsulları (südə çevirməklə)

223.6

233.8

258.6

7.

Balıq və balıq məhsulları

7.7

6.8

8.0

8.

Yumurta (ədəd)

150

100

183

9.

Şəkər və qənnadı məmulatları

16.9

15.8

19.7

10.

Bitki yağı, marqarin və digər piylər

10.9

8.4

7.0

11.

Kərə yağı

7.0

5.8

6.0

12.

Digər məhsullar

4.7

3.3

4.0

 

2. Qeyri-ərzaq malları

Sıra

№-si

 

Ölçü vahidi/

aşınma müddəti

Əmək qabiliyyətli əhali

Pensiyaçılar

Uşaqlar

0-15 yaş

1.

Palto tipli üst geyimləri qrupu

ədəd/il

3/8

3/9

3/2.6

2.

Kostyum tipli üst geyimləri

ədəd/il

9/4.2

8/4.8

12/2

3.

Alt geyimləri

ədəd/il

9/2.5

9/2.7

12/2

4.

Corab məmulatları

cüt/il

7/1.5

4.5/2

6/1.3

5.

Baş geyimləri və xırdavat məmulatları

ədəd/il

4/5

3/6.4

4/3

6.

Ayaqqabı

cüt/il

6/3.5

5/3.5

6/1.3

7.

Məktəb-yazı ləvazimatları

ədəd/il

3/1

3/1

41/1

8.

Yataq ləvazimatları

ədəd/il

11/7.1

11/7.1

11/7.1

9.

Mədəni məişət və təsərrüfat malları

ədəd/il

14/10.2

14/10.2

14/10.2

10.

İlkin tələbat və sanitariya əşyaları, dərmanlar

bir ayda qeyri-ərzaq mallarına sərf olunan xərclərə görə faizlə

10

10

10

 3. Xidmətlər

Sıra

№-si

Xidmətlərin adı

Ölçü vahidi

İstehlakın həcmi (orta hesabla adambaşına bir ildə)

əmək qabiliyyətli əhali

pensiyaçılar

uşaqlar 0-15 yaş

1.

Mənzil

ümumi sahə kv.m

12

12

12

2.

Mənzillərin qızdırılması

ümumi sahə kv.m

12

12

12

3.

İsti və soyuq su təchizatı

ayda m3

5

5

5

4.

Kanalizasiya

ayda m3

5

5

5

5.

Qaz təchizatı

ayda m3

21

21

21

6.

Enerji təchizatı

ayda kVt/s

50

50

50

7.

Nəqliyyat xidmətləri

bir ildə gediş

692

365

406

8.

Rabitə*

aylıq tarif

-

-

-

9.

İnternet xidmətləri**

aylıq tarif

-

-

-

10.

Digər xidmətlər

bir ayda xidmətlərə sərf olunan ümumi xərcə görə faizlə

15

15

15

Qeyd:

  • Azərbaycan Respublikasında aylıq tariflərin müxtəlifliyini nəzərə alaraq, orta hesabla adambaşına düşən rabitə haqqı ölkə üzrə ayda 1 ailə üçün mövcud abunə haqqının orta ailənin sayına bölünməsi ilə müəyyən edilir.
  • İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
fed.az

1Mənbələr