AZ

Bakıda və Abşeron yarımadasında 32 dərəcəyədək isti qeydə alınıb –FAKTİKİ HAVA

Bakıda

Bakı, 6 sentyabr, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 6-da saat 14:30-a olan məlumatına əsasən, Balakən, Quba, Xaçmaz, Qax, Zaqatalada arabir yağış yağıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Narıncı xəbərdarlığa uyğun olaraq Gəncədə küləyin sürəti saniyədə 24 metr, Naftalan, Goranboyda saniyədə 23 metr, sarı xəbərdarlığa uyğun olaraq isə küləyin maksimal sürəti Culfa, Salyan və Şirvanda saniyədə 18 metr, Sabirabadda saniyədə 17 metr, Bakıda və Abşeron yarımadasında saniyədə 15 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan Muxtar Respublikasında 29, Aran rayonlarında 32, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
18
azertag.az

10Mənbələr