AZ

''Trabzonspor''da 5-ci Günəş dönəmi rəsmən başladı

''Trabzonspor''da yeni baş məşqçinin adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, Şenol Günəş ilə Fatih Təkkə arasında seçim edən rəhbərlik üstünlüyü birinciyə verib. Xatırladaq ki, ötən həftə komanda Konfrans Liqasının pley-offunda ''Sankt Qallen''ə penaltilər seriyasında uduzaraq avrokuboklarda mübarizəni dayandırdıqdan sonra Abdulla Avcı ilə yollar ayrılmışdı.

Beləliklə, ''bordo-mavililər''də 5-ci Şenol Günəş dönəmi rəsmən başlamış oldu. Bunun şərəfinə klubun paylaşımında ''Əf5anə'' ifadəsinə yer verilib. Təcrübəli mütəxəssislə ikiillik müqavilə imzalanıb. Maraqlıdı ki, 72 yaşlı məşqçinin 5-ci dönəmi onun sabiq klubu ''Beşiktaş''a qarşı oyunla başlayacaq. Günəş hər nə qədər ''Trabzonspor''un əfsanəsi sayılsa da, məşqçi kimi iki ölkə çempionluğunu məhz ''Beşiktaş''la qazanıb. Qeyd edək ki, ''Trabzonspor'' bu məşqçinin 4 fərqli dönəmində ümumilikdə 361 oyundan 209 qələbə, 75 heç-heçə, 77 məğlubiyyətlə ayrılıb.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
football-plus.az

1Mənbələr