AZ

“Hakimiyyət pullarımızı korrupsiya sxemləri ilə oğurlayır” -Zarokyan

İrəvan Ağsaqqallar Şurasının "Milli Tərəqqi" fraksiyasının üzvü Pedro Zarokyan maraqlı fikirlər səsləndirib.

O, özünün Facebook səhifəsində fotolar paylaşaraq yazıb: “Hökumət 2021-ci ilin avqustunda 2026-cı ilə qədər 300 məktəbi təmir etmək qərarı vermişdi. Hazırda cəmi 30 məktəb təmir olunub. Uşaqlar isə bərbad vəziyyətdə olan məktəblərdə oxumaqdan və döşəməsi çürümüş idman zalında idman etməkdən əziyyət çəkirlər. Amma rəsmilər təkrar vurulan asfalt, piyada səkilərini sökərək plitələrlə əvəzlənməsi, bahalı ağacların gətirilməsi və sair korrupsiya sxemləri ilə pullar talayırlar”.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
news365.az

1Mənbələr