AZ

Kömürlə bağlı öhdəliklərə nəzarət edilməsi və yerinə yetirilməsi məsələlərini təkmilləşdirmək lazımdır - Böyük britaniyalı mütəxəssis

Bakı. Trend:

Kömür və digər təbii sərvətlər üzrə öhdəliklərin nəzarət və icraaspektlərini ətraflı işləmək vacibdir.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın iqlim hüququüzrə mütəxəssisi və vəkili Vendi J.Maylz Bakıda keçirilənbeynəlxalq "Hüquq və İqlim" konfransında bildirib.

"Beynəlxalq sənədlərdə nə kömür, nə də digər təbii sərvətlərbirbaşa olaraq qeyd edilir. Lakin bu interpretativ rəhbərlik,tərəflər tərəfindən imzalanmış razılaşmalarda mövcud olan sözlərinşərhində irəliləyişli yanaşmanı əks etdirir. Bu məsələlər olduqcaəhəmiyyətlidir və öhdəliklərə necə nəzarət ediləcəyi və hansışəraitdə yerinə yetirilməsi sualı ortaya çıxır.

Paris Sazişi və Çərçivə Konvensiyası münaqişələrin həlli üçünfaydalı mexanizmlər təqdim edir. Əlbəttə ki, məcburi tənzimləməməsələsinə qayıtmaq mümkün olsa da, bu, məcburi bir həll yolu hesabedilmir. Lakin bu hüquqdan yalnız üç ölkə istifadə edib. Buna görəhüquq məsələlərinə keçərkən, bu problemlərin beynəlxalq hüquqsistemində niyə bu qədər əhəmiyyətli olduğunu anlamaq vacibdir", -o vurğulayıb.

Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlərİttifaqının təşkilatçılığı ilə “Hüquq və iqlim” mövzusundabeynəlxalq konfrans keçirilir.

Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-unprezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, AliMəhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA)prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, TürkiyəninKonstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxsləriştirak edir.

Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlimdəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, busahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədəməlumatlılığın artırılmasıdır.

Konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası:Kiyoto, Doha və Paris əlavələri”, “Iqlim dəyişikliyi və insanhüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyiilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələrtərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”,“İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqlamübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digərmövzularda müzakirələr təşkil ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
az.trend.az

2Mənbələr