AZ

İtaliya Azərbaycan ilə uzun perspektivdə siyasi, iqtisadi və mədəni əlaqələrini qoruyub saxlamaqda davam edəcək -RƏY

İtaliya

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan-İtaliya siyasi əlaqələri strateji əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli tərəfdaşlıqla xarakterizə edilir. Prezident İlham Əliyevin 2022-ci ildə İtaliyaya rəsmi səfəri bu əlaqələrin daha da dərinləşməsində mühüm rol oynayıb. İki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq sazişi 2014-cü ildə imzalanıb. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya səfəri zamanı bu tərəfdaşlıq daha da gücləndirilib və iki ölkə arasında yeni sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə söyləyib.

Politoloq qeyd edib ki, İtaliya Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasında əsas tranzit və istehlakçı ölkələrdən biridir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində İtaliya Azərbaycan qazının Avropaya nəqlində strateji mövqeyə malikdir. 2022-ci ildə baş tutan səfərdə enerji əməkdaşlığının davam etdirilməsi və genişləndirilməsi üzrə geniş müzakirələr aparılıb.

Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, yeni iqtisadi layihələrin həyata keçirilməsi və sənaye sahələrində əməkdaşlıq perspektivlərinin müzakirə edildiyini xatırladan R. Tağızadə rəsmi Romanın Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qaldığını vurğulayıb.

Politoloq İtaliyanın Avropa İttifaqı çərçivəsində Azərbaycanla əlaqələri daha da gücləndirmək niyyətində olduğunu vurğulayıb.

2018-ci ildə iki ölkə arasında kənd təsərrüfatı və təhsil sahələrində mühüm sənədlərin imzalandığını xatırladan politoloq deyib: “İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə aktiv fəaliyyəti iki ölkə arasında münasibətlərin nə dərəcədə dərin olduğunun bariz nümunəsidir. Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerji, külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini ölkəmizə dəvət etmək üçün böyük planların olduğunu vurğulayıb. İtaliya şirkətlərinin Azərbaycan tərəfindən maliyyələşdirilən və ölkəmizdə icra etdiyi müqavilələrin dəyərinin 10 milyard dollardan çox olduğu bildirilir”, - deyə R. Tağızadə vurğulayıb.

Budəfəki səfərin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə baş tutduğunu qeyd edən politoloq deyib: “Hesab edirəm ki, budəfəki səfər münasibətlərdə yeni səhifə açacaq. Əsas ticarət tərəfdaşlarımızdan olan İtaliya Azərbaycanla uzun perspektivdə siyasi, iqtisadi və mədəni əlaqələrini qoruyub saxlamaqda davam edəcək. İki ölkə arasında münasibətlər bütün Avropa və Qafqaz ölkələrinin inkişafına töhfə verəcək. Avropada ölkəmizə qarşı qərəzli mövqe tutan dövlətlər bilməlidir ki, Azərbaycan Cənubi Qafqazın inkişaf edən lider dövlətii olaraq qalmaqdadır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
50
azertag.az

10Mənbələr