AZ

8 ayda "ASAN İmza" sertifikatı verilən şəxslərin sayı açıqlanıb

2024-cü ilin səkkiz ayında 253.983 müraciət üzrə 415.695 Asan İmza sertifikatı verilib. Bu barədə Vergi Xidməti məlumat yayıb. 
 
Bildirilib ki, ümumilikdə 437,099 nəfərə 666.576 sayda xidmət göstərilib.
 
2023-cü ildə vergiödəyicilərindən daxil olmuş 30 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 10,3 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 645 minə yaxın SMS göndərilib. Dövr ərzində 3197 vergiödəyicisinin iştirakı ilə 289 görüş keçirilib, 5309 vergiödəyicisinə ünvanlı xidmət göstərilib.

Hesabat dövründə 247 min 743 müraciət üzrə 424 min 740 Asan İmza sertifikatı verilib. 21 mindən çox vergiödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

 
Aytac 




www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
anews.az

1Mənbələr