AZ

"Lapis Lazuli” dəhlizi Azərbaycanın tranzit potensialını artırmağa kömək olacaq - ŞƏRH

Bakı.Trend:

“Lapis Lazuli” dəhlizi ölkəmiz üçün önəmlidir.

Bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert EldənizƏmirov deyib.

Onun sözlərinə görə, Azərbaycan öz nəqliyyat infrastrukturunuqurub və bu istiqamətdə işlər genişləndirilir:

"Hazır infrastruktur olandan sonra əgər Qazaxıstandan, Çindən vədigər istiqamətlərdən gələn yükdaşımalar Azərbaycandan keçirsə,Azərbaycanın Bakı-Tbilisi-Qars Beynəlxalq Ticarət Limanı varsa vədigər infrastrukturlar yerinədədirsə, o zaman niyə də Əfqanıstandangələn yüklər Azərbaycan üzərindən nəql edilməsin?! Bu məsələdəAzərbaycan da Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda birmənalıolaraq maraqlıdır.

“Lapis Lazuli” dəhlizi Əfqanıstanın hazırkı vəziyyətində mövcudcoğrafiyada baş verən proseslərdən dolayı ən optimal beynəlxalqaləmə çıxış dəhlizi kimi qiymətləndirilə bilər.

Bu istiqamətdə tranzit və nəqliyyat sisteminin yaradılmasıideyası 2012-ci ildə meydana gəlib.

Amma həm regionda baş verən bir sıra problemlər, ocümlədən,təhlükəsizlik məsələləri, Mərkəzi Asiyada iqtisadiqeyri-sabitlik, eyni zamanda, zəif inkişaf etmiş infrastrukturşəbəkəsinin təsiri ilə məhz 2012-ci ildə yaranan bu ideya 5 ilreallaşdırıla bilmədi.

2016-cı ilə qədər işçi qruplar səviyyəsində dörd görüşkeçirildi. Yalnız 2016-cı ilin noyabrında məhz Bakıda keçirilən4-cü texniki görüşdə sazişin ilkin mətni hazırlandı.

2017-ci ildə isə artıq Aşqabadda keçirilən 7-ci Regionalİqtisadi Əməkdaşlıq Konfransı adlanan görüşdə çərçivə sənədiimzalandı. Bu sənədə əsasən, Əfqanıstan, Türkmənistan, Azərbaycan,Gürcüstan və Türkiyə arasında sərfəli tranzit və gömrük şərtlərininbərqərar olması ilə bağlı bu dəhlizin rəsmi yaranmasına dair sənədimzalandı. Dəhlizin açılışı isə 2018-ci ilin 13 dekabrındaƏfqanıstanın qərbindəki Herat əyalətində olub.

2020-ci ildə pandemiya səbəbindən onlayn konfrans keçirilib.2021-ci ildə isə Azərbaycan, Türkmənistan və Əfqanıstan arasındayenidən videokonfrans vasitəsilə təkrar olaraq “Lapis-Lazuli”dəhlizi üzrə əməkdaşlığın yol xəritəsi təsdiq olunub.

Bu dəhliz Əfqanıstan və Türkmənistan üçün Azərbaycandan daha çoxvacibdir. Buna görə də bu dəhlizlə bağlı Azərbaycanın onlardan nəisə xahiş etməsi deyil, onların Azərbaycana müraciət etməsinəticəsində bu formalaşıb”, - o qeyd edib.

Nəqliyyat məsələləri üzrə ekspert RaufAğamirzəyev bildirib ki, bu marşrut Mərkəzi Asiya ölkələrikimi, Əfqanıstanın da dünya və Avropa bazarına qısa çıxışını təminedir.

"Marşrut Azərbaycan üzərindən keçən digər marşrutlar kimiəhəmiyyətə sahibdir. Bu marşrut Azərbaycanın tranzit potensialınıartırmağa kömək olacaq. Düşünürəm ki, Xəzər regionunda multimodaldaşımaların əhəmiyyəti hər keçən gün artmaqdadır və birbaşadənizlərə çıxışı olmayan ölkələr üçün məhz Cənubi Qafqazdan qısaçıxış təmin olunur. Bu çıxışın da əsas əhəmiyyəti ondadır ki, builə qədər görülmüş işlər öz nəticəsini göstərir və hazırdaşaxələndirmə yönündə də görülən işləri bu işin məntiqi davamı kimiqiymətləndirə bilərik”, - deyə o qeyd edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
az.trend.az

2Mənbələr