AZ

Ali təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinin müddəti uzadılıb

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmə ilə qəbul olan abituriyentlər üçün qeydiyyat prosesi 9 sentyabr saat 18:00-dək uzadılıb.

Elm və Təhsil Nazirliyindən Doğru.az-a bildirilib ki, abituriyentlər https://portal.edu.az/ sisteminin “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
49
dogru.az

10Mənbələr