AZ

Dəmir yoluna çıxan azyaşlının həyatını xilas edən maşinist danışdı

Gəncə-Böyük Kəsik yolunda Saloğlu stansiyasının yaxınlığında dəmir yoluna çıxan azyaşlının həyatını xilas edən maşinist danışıb.

Qatarın maşinisti Sahil Əhmədli “Qafqazinfo”ya hadisə ilə bağlı fikirlərini bölüşüb:

“5 saniyə geciksəydim, bədbəxt hadisə baş verəcəkdi. Çox şükür ki, qatar vaxtında dayandı. Yadda saxlamaq lazımdır ki, qatarın qarşısına qəfil çıxarkən tormozlama edilsə də, qatar bir kilometrə qədər hərəkət edə bilər. Buna görə də vətəndaşlardan, xüsusilə valideynlərdən xahiş edirik ki, dəmir yolu ətrafında ehtiyatlı olsunlar, uşaqları nəzarətsiz buraxmasınlar”.

Azərbaycanda dəmir yoluna çıxan körpə son anda ölümdən xilas edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bir neçə gün əvvəl Gəncə-Ağstafa istiqamətində baş verib.

Belə ki, nəzarətsiz qalmış körpə Azərbaycan Dəmir Yollarına məxsus hərəkətdə olan qatarın yoluna çıxıb.

ADY-nin maşinisti dərhal qatarı dayandıraraq körpənin həyatını xilas edib.

Həmin anların görüntüsünü təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
28
editor.az

10Mənbələr