AZ

Xalq artisti İlham Əsgərovun anım günüdür

Bu gün Xalq artisti İlham Əsgərovun vəfatından 9 il ötür.

Yenisabah.az xəbər verir ki,1958-ci il iyulun 16-da anadan olan İlham Əsgərov 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrının aktyoru olub. İstedadlı aktyor Akademik Teatrın ən populyar tamaşalarında iştirak edib. O, Azərbaycan Dövlət Radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub.

İlham Əsgərov "Közərən ocaqlar" da Əli, "İblis"də Ərəb, "Atabəylər"də Əbubəkir, "Fəryad"da Loğman və Əmir, "Dar ağacı"nda Sabutay, "Rəqabət"də Nadir, "Büllur sarayda" Həbib, "Mahnı dağlarda qaldı"da Nicat, "Sevgililərin cəhənnəmdə vüsalı"nda Anaşkin, "Tənha iydə ağacı"nda doktor Altay, "Hökmdar və qızı"nda Məhəmməd xan, "Qarabağnamə"də İbrahim xan, "Kral Lir"də Fransa kralı, "Bu dünyanın adamları"nda Nemət Səmədzadə, "Qaraca qız"da Piri baba və digər tamaşalarda yaddaqalan obrazlar qalereyası yaradıb. O, həmçinin bir sıra bədii filmlərdə, seriallarda da unudulmaz rolları ilə tamaşaçı sevgisi qazanıb. vakansiya

Onun əməyi hər zaman yüksək qiymətləndirilib. Belə ki, 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

İlham Əsgərov 2015-ci il sentyabrın 6-da Bakıda vəfat edib. O, Masallı rayonunun Xoşçobanlı kəndində dəfn olunub.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
yenisabah.az

1Mənbələr