AZ

Türkiyə-Misir uçuşları ikiqat artır

 

  Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu mülki aviasiya sahəsində imzalanan anlaşma memorandumu ilə Türkiyə-Misir uçuşlarının ikiqat artacağını söylədi.

  Ə.Uraloğlu verdiyi yazılı açıqlamada bildirib: “Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisinin həmsədrliyi ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası toplantısında Türkiyə ilə Misir arasında dəmir yolu, mülki aviasiya və informasiya-kommunikasiya texnologiyaları sahələrində üç mühüm müqavilə imzalandı.

  İclasda həmkarım, Misirin Sənaye və nəqliyyat naziri Kamel əl-Vəzir də iştirak edirdi. Biz üç saziş imzaladıq: Dəmir yolu sektorunda əməkdaşlığın inkişafı, Mülki Aviasiya Administrasiyaları və İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair anlaşma memorandumları.

  Mülki aviasiya administrasiyaları müqaviləsinə əsasən, iki ölkə arasında həftədə 30 olan sərnişin reyslərinin sayı 67-yə yüksəlir. Bu gün THY İstanbul-Qahirə xəttində həftədə 28, “AJet” isə Sabiha Gökçen-Qahirə xəttində 5 uçuş həyata keçirir. Misirin turistik yerlərindən olan Şarm eş-Şeyx, Hurqada və İsgəndəriyyəyə də uçuşlar təşkil edilir. Bu memorandum iki ölkə arasında ticarət və turizm kimi bir çox sektora, xüsusilə də iqtisadi fəaliyyətlərə müsbət töhfə verəcək”.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
trt.net.tr

3Mənbələr