AZ

Pentaqon Ukraynaya daha 250 milyon dollarlıq hərbi yardım ayırdı


ABŞ administrasiyası cümə günü Ukraynaya 250 milyon dollar məbləğində daha bir hərbi yardım paketi elan edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin Almaniyadakı Amerika Ramşteyn aviabazasında təmas qrupunun iclasında bildirib.
“ABŞ Prezidenti Co Bayden bu gün Ukraynaya 250 milyon dollar məbləğində əlavə təhlükəsizlik yardımı paketinin ayrıldığını elan edəcək”, - Pentaqon rəhbəri bildirib.
Ostin ümid etdiyini bildirib ki, yardım Kiyevin inkişaf edən ehtiyaclarını ödəyəcək və yardımın çatdırılması “hərbi sürətlə” həyata keçiriləcək.
Nazirin sözlərinə görə, qrupun əsas məqsədi Ukraynanı hava hücumundan müdafiə texnikası, silah və zirehli texnika ilə təchiz etməkdir.
Qeyd edək ki, bundan əvvəl Pentaqon avqustun 23-də Kiyevə HIMARS çoxsaylı buraxılış raket sistemləri və artilleriya mərmiləri üçün sursat daxil olmaqla, 125 milyon dollar dəyərində daha bir yardım paketi elan edib.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri isə ABŞ hərbi yolla Ukraynaya 55,7 milyard dollardan çox vəsait ayırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
41
yeniavaz.com

10Mənbələr