AZ

Azərbaycan millisi Paralimpiya Oyunlarında ümumi hesabda neçənci yerdədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan millisi Parisdə keçirilən Paralimpiya Oyunlarında ümumi hesabda 32-ci yerdədir.
Oxu.Az xəbər verir ki, aktivimizdə üç qızıl, bir gümüş və üç bürünc medal var.
Ölkəmiz Qazaxıstan, Yunanıstan, Latviya, Portuqaliya, İndoneziya və bir çox başqa ölkələri qabaqlayır.
Hazırda liderlik Çinə (74-55-37) məxsusdur. İkinci yerdə Böyük Britaniya (36-29-19) qərarlaşıb. İlk üçlüyü isə ABŞ qapayır (27-33-17).
Qeyd edək ki, Azərbaycan idmançılarından İmaməddin Xəlilov (taekvondo), Lamiyə Vəliyeva, Səid Nəcəfzadə (atletika) qızıl, Roman Saley (üzgüçülük) gümüş və iki bürünc, Sabir Zeynalov (taekvondo) isə bürünc medal qazanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
10
oxu.az

10Mənbələr