AZ

Rus hərbçilərin daha bir cinayəti

 
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika telekanalı görüntüləri Ukrayna hərbçilərindən əldə edib.
 
İlk çəkilişin avqustun sonunda Donetsk vilayətində, hazırda döyüşlərin getdiyi Pokrovsk rayonunda lentə alındığı iddia edilir. Videoda üç ukraynalı əsgərin necə diz çökdürüldüyü, sonra isə yıxıldığı görünür. Növbəti kadrda onlar yerdə uzanmış haldadırlar.
 
CNN-in məlumatına görə, ikinci video may ayında Zaporojye vilayətinin Rabotino bölgəsində çəkilib. Bu kadrlarda Ukrayna əsgərlərinin üzü üstə uzandıqları, bundan sonra danışıqların stenoqramına əsasən, “Türk” ləqəbli rus hərbçisinin “Malış” ləqəbli hərbçiyə onları güllələməyi əmr etdiyini görə bilərsiniz.
 
 
 
Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1709
bakupost.az

1Mənbələr