AZ

Durov geri çəkilir - “Teleqram” qaydaları dəyişir

“Teleqram” komandası messencerin yaradıcısı Pavel Durov Fransada saxlanıldıqdan sonra xidmətin qaydalarını dəyişməyə başlayıb.

“AzPolitika” xəbər verir ki, “The Verge” portalının yazdığına görə, Durov Fransanın tələbləri qarşısında geri çəkilməli olub.

Xüsusilə də artıq bu messencerdəki özəl çatların moderasiyadan qorunmadığı məlum olub. Bunu göstərmək üçün FAQ bölməsi yenilənib.

Yenilənmiş bölmədə deyilir ki, “bütün “teleqram” proqramlarında “şikayət” düyməsi var və onun üzərinə klikləməklə qeyri-qanuni məzmunu moderatora bildirə bilərsiniz. Beləliklə, “teleqram” şəxsi çatlara baxmağa başlayacaq.

Platforma həmçinin, FAQ səhifəsində müvafiq linki əlavə etdikdən sonra məzmunun silinməsi üçün moderatorlara sorğu göndərə biləcəyiniz e-poçt ünvanı buraxıb. “Teleqram”-ın yeni siyasəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
azpolitika.info

1Mənbələr