AZ

Çində bu səbəbdən 400 mindən çox insan TƏXLİYƏ EDİLDİ

Çinin Haynan əyalətində Yagi qasırğasının yaxınlaşması səbəbindən 400 mindən çox insan təxliyə edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Bir gün əvvəl Çin səlahiyyətliləri küləyin sürəti 209 km/saat (58 m/s) olan super tayfunun adaya doğru irəlilədiyini bildirib.

Haykounun inzibati mərkəzində onlar müəssisələrin və nəqliyyatın işini dayandırmağa, məktəbləri və attraksionları bağlamağa başlayıblar.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
interpress.az

1Mənbələr