AZ

Hummels yeni klubu ilə anlaşdı

Bu yay Dortmund “Borussiya”sından ayrılan Mats Hummelsin yeni klubu müəyyənləşib.

36 yaşlı müdafiəçi “Roma” ilə anlaşıb. İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, almaniyalı futbolçu yeni klubu üçün tibbi müayinədən keçəndən sonra birillik müqaviləyə imza atıb. İtaliya klubu komandadan ayrılan mərkəz müdafiəçisi Kris Smollinqi məhz Hummels ilə əvəzləyib.

Qeyd edək ki, Hummels karyerası ərzində yalnız Almaniyada – “Bavariya” və “Borussiya”da (Dortmund) çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
football-plus.az

1Mənbələr