AZ

Türkiyədə muzeylərin sayı 606-ya çatıb

2023-cü ildə ötən illə müqayisədə Türkiyədə muzeylərin sayı 7,1 artaraq 606-ya çatıb.

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bu, Türkiyə Statistika Təşkilatının (TÜİK) 2023-cü il üçün "Mədəni İrs Statistikası"nda yer alıb.

Statistikaya görə, bu muzeylərdən 212-si Mədəniyyət və Turizm Nazirliyinin, 376-sı özəl muzey kateqoriyasının, 18-i isə Milli Saraylar Rəyasət Heyətinin tabeliyinə daxildir. Sözügedən dövr ərzində muzey və xarabalıqları ziyarət edənlərin sayı 6,2 faiz artaraq 55 milyon 752 min 208-ə çatıb.

Bu dövrdə nazirliyə tabe olan muzeylərdəki əsərlərin sayı 0,5 faiz artaraq 3 milyon 341 min 162-yə çatıb. Özəl muzeylərdəki əsərlərin sayı 32,5 faiz azalaraq 286 min 334-ə düşüb. Eyni dövrdə Milli Saraylar Başçılığına bağlı muzeylərdəki əsərlərin sayı isə 2,2 faiz artaraq 272 min 835-ə çatıb.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
bakivaxti.az

1Mənbələr