AZ

İlham Əliyev bütövlükdə Ermənistanı istəyir? - “Paşinyanın bir kitablıq səhvi var” yazır

Harut Sassounian həftəlik “armenianweekly.com” saytında “Pashinyan’s press conference proved why he isn’t qualified to lead Armenia” (Paşinyanın mətbuat konfransı onun niyə Ermənistana rəhbərlik etməyə layiq olmadığını sübut etdi) adlı məqalə ilə çıxış edib.

Əlbəttə, bütün bunlar daşnak yazarın ehtimallarıdır. Məncə, bu ehtimallar reallıqdan xeyli uzaqdır. 
Müəllif daha sonra diqqəti sülh müqaviləsinə yönəldərək yazır ki, Paşinyan daha sonra açıqladı ki, Ermənistan və Azərbaycan sülh sazişi layihəsindəki 17 maddədən 13-ü üzrə razılığa gəlib. Paşinyan təklif edib ki, iki ölkə razılaşdırılmış 13 bənd əsasında sənədi imzalasın, qalan dörd bəndi gələcəyə buraxsın. Görünür, Paşinyan başa düşmür ki, Əliyevin Ermənistanla sülh əldə etməkdə marağı sıfıra bərabərdir. İlham Əliyevin istədiyi Ermənistanın bir parçasıdır, əslində o, bütövlükdə Ermənistana sahib olmaq arzusundadır.

Əvvəla, Paşinyanın daim sülh istəməsi sadə səbəbdən sülhə gətirib çıxarmayacaq. Çünki Azərbaycan sülhdə maraqlı deyil. Tanqo rəqsi üçün iki adam lazımdır. Birtərəfli sülh deyilən bir şey yoxdur.

İkincisi, Paşinyan ümidsiz halda sülh üçün yalvarmaqla İlham Əliyevi Ermənistandan getdikcə daha çox güzəşt tələb etməyə sövq edir.

Üçüncüsü, “sülh müqaviləsi”nin imzalanması Əliyevin Ermənistanla müharibə aparmasına mane olmayacaq. “Sülh müqaviləsi” sülhə zəmanət verməyəcək. İlham Əliyev üçün “sülh müqaviləsi” bir kağız parçası olacaq.
Paşinyan öyünür ki, Ermənistan və Azərbaycan sərhədlərin demarkasiyası ilə bağlı imzaladığı saziş hələ ratifikasiya olunmasa da, iki ölkə arasında imzalanmış ilk hüquqi sənəddir. O, unudur ki, hələ 1994-cü ildə Ermənistan, Azərbaycan və Artsax (Dağlıq Qarabağ) hökumətləri atəşkəs sazişi imzalayıblar. O, 2020-ci il müharibəsinin sonunda o, özü də Putin və Əliyevlə oxşar müqavilə imzalayıb.

Paşinyanın mətbuat konfransının ən çirkin tərəfi onun 2023-cü ilin sentyabrından Bakı həbsxanasında girov kimi saxlanılan Artsaxın keçmiş dövlət naziri Ruben Vardanyan haqqında lazımsız şübhələr yaratması oldu. Paşinyan Vardanyanı aşağıladı: “Nə olub? Ruben Vardanyan necə oldu ki, Rusiya vətəndaşlığından imtina etdi? Kim ona bu addımı atmağı məsləhət görüb və ya tövsiyə edib? Onu bu mənada Ermənistan Respublikasına kim göndərib?

Onu Dağlıq Qarabağa kim göndərib? Hansı məqsədlə, nə zəmanət, nə təminat, nə vəd veriblər? Və axırda kim dedi: “Bilirsiniz ki, biz onun kim olduğunu bilmirik, çünki o, başqa ölkənin vətəndaşıdır?”...

Elbəyi Həsənli,

 Sürix

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
mia.az

2Mənbələr