AZ

Zelenski Almaniyanın məşhur aviabazasında: nə ilə qayıdacaq?

Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın Ramşteyn aviabazasına gedib.

Publika.az xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib. Dövlət başçısı təmas qrupunun iclasında iştirak edəcək.

“Mən Ramşteyn aviabazasına Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak etmək üçün gəlmişəm”, - paylaşımda deyilir.

O, Kiyevə yeni hərbi yardım paketlərinin tədarükü ilə bağlı razılaşmalara ümid edir ki, bu paketlərə hava hücumundan müdafiə sistemləri və onlar üçün döyüş sursatları, eləcə də uzaqmənzilli silahlar daxildir.

Zelenski qeyd edib ki, Ramşteyn çərçivəsində ABŞ və Almaniya Müdafiə nazirliklərinin rəhbərləri Lloyd Ostin və Boris Pistorius ilə görüş keçirmək niyyətindədir. Bundan əlavə, Almaniya kansleri Olaf Şoltsla da görüş gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
50
publika.az

10Mənbələr