AZ

Tural İsmayılov: Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu əsas ölkələrdən biridir- ÖZƏL

"Nəzərə almaq lazımdır ki, Azərbaycan bu gün dünyada əsas siyasi və ekoloji müzakirələrin getdiyi bir platformaya çevrilibdir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Təbii ki, ölkəmizdə COP29 kimi vacib bir tədbirin keçirilməsi beynəlxalq birlik tərəfindən də çox yüksək səviyyədə qiymətləndirilir. Bu ölkəkimizin artan nüfuzunu və güclənən mövqelərini növbəti dəfə nümayiş etdirmiş olur. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiell də məhz Bakının, Azərbaycanın COP29 çərçivəsində bu tip vacib tədbirlərə evsahibliyi etməyinin əhəmiyyətini yaxşı başa düşür. Bu baxımdan da Azərbaycanda COP29-un keçirilməsi, COP29-da müzakirə edilən məsələlərin konteksti və dairəsi Azərbaycanın beynəlxalq münasibətlər sisteminə, dünyada gedən siyasi proseslərə nə qədər böyük töhfələr verdiyini növbəti dəfə göstərir. Azərbaycan bu gün qlobal məsələlərin müzakirə olunduğu əsas ölkələrdən birinə çevrilib".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
olaylar.az

1Mənbələr