AZ

Azərbaycan musiqiçiləri Gürcüstanda klassik musiqi festivalında iştirak edir

Azərbaycan

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan musiqiçiləri avqustun 31-sentyabrın 8-də Gürcüstanda keçirilən VI Tsinandali Klassik Musiqi Festivalında iştirak edirlər.

AZƏRTAC festivalın təşkilatçılarına istinadla xəbər verir ki, Pan-Qafqaz Gənclər Orkestri Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Türkiyə və Ukraynadan olan gənc musiqiçiləri birləşdirib. Kombinə edilmiş orkestrin üzvləri dünyaşöhrətli dirijorlar, müəllimlər və solistlərlə əməkdaşlıq etmək imkanı əldə edirlər.

2019-cu ildən Gürcüstanın Kaxeti bölgəsindəki Tsinandali malikanəsində hər il keçirilən festival dünyaşöhrətli musiqiçilərin, orkestrlərin və sənətçilərin iştirakı ilə Avropa və Asiyanın qovşağında klassik musiqi platformasıdır. Bu il Tsinandali festivalında orkestr proqramlarından əlavə, dünyanın aparıcı musiqiçilərinin iştirakı ilə qeyri-adi solo və kamera musiqisi konsertləri təqdim olunacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
azertag.az

1Mənbələr