AZ

Cənubi Koreya və Almaniya Sarı dənizdə birgə hərbi dəniz təlimləri keçirib

Koreya Respublikası və Almaniyanın hərbi dəniz qüvvələri Sarı dənizdə ikitərəfli təlimlər keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, manevrlərdə Almaniyanın “Baden-Vürtemberq” freqatı və Cənubi Koreyanın “ROKS İncheon” gəmiləri iştirak edib. Təlimlərdə gəmilər birgə manevrlər həyata keçirib və naviqasiya məlumatları mübadiləsi aparıblar.

Qeyd olunur ki, alman gəmisi BMT-nin KXDR-ə qarşı sanksiyalarına əməl olunmasına nəzarət əməliyyatında iştirak etmək üçün Koreya yarımadası yaxınlığındakı sulara gəlib.

 

Sadiq Cavadov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
29
iqtisadiyyat.az

10Mənbələr