AZ

ter Ştegen gələcəyi ilə bağlı qərarını verdi

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “mavi qranat”ın düşərgəsindəki gələcəyindən danışıb.

90deqiqe.Az xəbər verir ki, "Barca Universal" alman qolkiperin dediklərini belə çatdırıb:

"Mənim klubla uzunmüddətli müqaviləm var. Mən burada hər şeydən razıyam, sevdiklərim də. Hazırda hər şeydən tam razıyam.”

Ter Ştegenlə Kataloniya nəhəngi arasındakı müqavilə 2028-ci ilin yayında başa çatır. Cari İspaniya çempionatında qapıçı üç qol buraxdığı dörd oyun keçirib.

Əlavə edək ki, Manuel Noyer millidən ayrıldıqdan sonra Mark-Andre Bundestimin ilk nömrəsi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
90deqiqe.az

1Mənbələr