AZ

Effektiv iqlim rejimi emissiyaların azaldılmasını nəzərdə tutmalıdır -İqlim Hüququ Şurasının həmsədri

Bakı. Trend:

Effektiv iqlim rejimi əhəmiyyətli dərəcədə emissiyalarınazaldılmasını, dövlət iştirakını və öhdəliklərin yerinəyetirilməsinə ciddi nəzarəti nəzərdə tutmalıdır.

Trend xəbər verir ki, bu barədə İqlim Hüququ Şurasının həmsədriAnnet Magnusson (İsveç) beynəlxalq "Hüquq və İqlim" konfransındabildirib.

"Bugünkü görüşün əsas mövzusu BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyası və Paris Sazişi çərçivəsindəki əsastələblərdir. Beynəlxalq hüquq rejimində iqlim dəyişikliyinə qarşımübarizə üçün əsas tələblər nədir? Hüquqi baxımdan, bu, kontekstdənasılıdır. Üç mühüm ölçü var ki, əsas tələblərin müəyyən edilməsindənəzərə alınmalıdır.

Birincisi, sərtlik dərəcəsidir. İstixana qaz tullantılarınınazaldılması tələbləri nə qədər sərtdir? Onlar ən son elmiməlumatlara uyğundurmu? İkincisi, iştirakdır. Beynəlxalqrazılaşmalar, mümkün qədər çox dövlətin şərtlərə qoşula biləcəyişəkildə hazırlanmalıdır. İqlim dəyişikliyi qlobal bir problemdir vədaha çox ölkə razılaşmalara qoşulsa, uğur şansı artar. Üçüncüsü isəyerinə yetirmədir. Razılaşma şərtlərinin yerinə yetirilməsinə nədərəcədə nəzarət edilir? Öhdəliklərin yerinə yetirilməsi baxımındannə qədər effektivdirlər?", - o vurğulayıb.

Magnussonun sözlərinə görə, effektiv iqlim rejimi əhəmiyyətlidərəcədə emissiyaların azaldılmasını, geniş dövlət iştirakını vəöhdəliklərin ciddi şəkildə yerinə yetirilməsini təminetməlidir.

"Üç ölçü eyni dərəcədə vacibdir - sərtlik, iştirak və yerinəyetirmə. Lakin son 30 ildə, BMT-nin iqlim rejimində əhəmiyyətliinkişafına baxmayaraq, bu üç aspektdə eyni gücü əldə etmək nadirhallarda mümkün olub. İqlim dəyişikliyi problemi beynəlxalqəhəmiyyət kəsb edir, 1980-ci illərin sonlarından etibarən bu məsələdaha geniş müzakirə olunmağa başlayıb, amma kökləri 1972-ci ilinStokholm Konfransına qədər gedib çıxır", - o əlavə edib.

Magnusson beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinə cavabolaraq əhəmiyyətli hüquqi normativlər hazırladığını və bu prosesinasan olmadığını qeyd edib.

"Son dövrlərə qədər beynəlxalq hüquq iqlim dəyişikliyi iləmübarizədə yalnız müsbət nəticələr əldə edib, amma son illərdəpozitiv dəyişikliklər müşahidə olunur. İqlim dəyişikliyi məsələləribeynəlxalq hüququn digər sahələrini də əhatə etməyə başlayır və bu,müzakirə edəcəyimiz bir mövzudur. Beynəlxalq iqlim hüququnun əsasistiqamətləri iqlim dəyişikliyinin təsirlərinin yüngülləşdirilməsi,uyğunlaşma, maliyyə və digər dəstəklər, həmçinin, öhdəliklərinyerinə yetirilməsinə olan beynəlxalq nəzarətdir", - o əlavəedib.

Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlərİttifaqının təşkilatçılığı ilə “Hüquq və iqlim” mövzusundabeynəlxalq konfrans keçirilir.

Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-unprezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, AliMəhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA)prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, TürkiyəninKonstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxsləriştirak edir.

Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlimdəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, busahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədəməlumatlılığın artırılmasıdır.

Konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası:Kiyoto, Doha və Paris əlavələri”, “Iqlim dəyişikliyi və insanhüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyiilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələrtərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”,“İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqlamübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digərmövzularda müzakirələr təşkil ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
az.trend.az

1Mənbələr