AZ

Stoltenberq: "Ukrayna Kursk hücumunda çox şey əldə etdi"

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Kursk bölgəsində başlatdığı hücumda Ukraynanın "çox şey" əldə etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq rəsmi səfəri çərçivəsində gəldiyi Norveçin paytaxtı Osloda jurnalistlərə açıqlama verib. Ukraynanın avqustun 6-da Rusiyanın Kursk bölgəsinə hücumuna toxunan Stoltenberq, Ukraynanın Kursk bölgəsinə başlatdığı hücumda "çox şey" əldə etdiyini bildirib və bundan sonra vəziyyətin necə inkişaf edəcəyini söyləməyin çətin olduğunu deyib. Stoltenberq deyib: “Yalnız ukraynalılar öz qüvvələrini hara yerləşdirmək və bu vəziyyətdə hansı müharibənin münasib olması kimi çətin seçimləri edə bilərlər.

Ukraynanın özünü müdafiə etmək, o cümlədən Rusiya ərazisindəki hərbi hədəflərə uzaqmənzilli raketlərlə hücum etmək hüququna malik olduğunu bildirən Stoltenberq deyib: “Mən çox şadam ki, NATO ölkələrinin bir çoxu bu fürsəti verib və hələ də məhdudiyyətləri olanlar məhdudiyyətləri yüngülləşdiriblər. Ukrayna özünü müdafiə edə bilər”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
turkustan.az

1Mənbələr