AZ

Yaşlıların beyni belə işləyir - ARAŞDIRMA

Yaşlı insanlar da cavanlar kimi musiqini xatırlayırlar, lakin onların beyinlərinin bəzi hissələri digərlərindəki azalmanı kompensasiya etmək üçün daha çox işləməli olur. 

“Cebhenfo.az” xəbər verir ki, bunu “Nature Communications Biology” jurnalında dərc olunan araşdırma göstərib.

Eksperimentdə 76 könüllü İohan Baxın bəstələrini dinləyərkən beyin skanından keçib. Onlar melodiyaya ikinci dəfə qulaq asdıqda, yaşlı yetkinlərin beyninin duyğu sahələrində gənclərə nisbətən daha çox aktivlik olub. Yaddaşla əlaqəli sahələr isə daha az aktivlik göstərib. 

Üstəlik, yaşlılar melodiyanı gənclərdən pis xatırlayıblar.

"Bu, yaddaşın formalaşmasında adətən iştirak edən sahələrdən azalmış reaksiyanı kompensasiya etmək üçün yaşlı yetkinlərdə beynin sensor sahələrinin daha çox işlədiyini göstərir",- deyə alimlər bildiriblər.

Tədqiqat yaşlanmanın sadəcə beyin funksiyasının azalmasından daha çox olduğunu göstərirr. 

Uzunmüddətli perspektivdə bu araşdırma demansdakı dəyişiklikləri daha yaxşı başa düşməyə kömək edəcək. Alimlər tədqiqatın yeni mərhələsinə yüngül yaddaş pozğunluğu olan insanları daxil etməyi planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
cebheinfo.az

1Mənbələr