AZ

Depay Braziliya klubuna keçə bilər

Niderland millisinin yarımmüdafiəçisi Memfis Depay Braziliya çempionatında çıxış edə bilər.

90deqiqe.Az-ın “UOL”a istinadən məlumatına görə, "Korintians" 30 yaşlı futbolçuya sərfəli müqavilə təklif edib.

Braziliya komandası yarımmüdafiəçiyə ildə təxminən 5 milyon avro ödəməyə hazırdır.

Ötən mövsümün sonunda “Atletiko”dan ayrılan və azad agent statusunda olan yarımmüdafiəçi Braziliyaya keçməyi düşünür.

Xatırladaq ki, Depay ötən mövsüm "Atletiko"da 31 oyunda iştirak edib, 9 qol vurub və iki məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
90deqiqe.az

1Mənbələr