AZ

Linkin Park GERİ DÖNÜR

Amerikalı nyu-metal qrupu Linkin Park yenidən bir araya gəldiyini, yeni albomunu və konsert turunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, qrup 2017-ci ildən bəri çıxış etmir.

 

Aparıcı müğənni Çester Benninqtonun ölümündən sonra fəaliyyətini dayandırıb.

 

Yeni heyətdə onun yerini 38 yaşlı Emili Armstronq tutacaq. Qrup Moskva vaxtı ilə sentyabrın 6-na keçən gecə "YouTube"da canlı yayımda iştirak etdiyi “The Emptiness Machine” adlı ilk treki təqdim edib.

 

Noyabrın 15-də qrup 8-ci studiya albomu olan "From Zero"nu buraxacaq. Artıq buraxılmış 7 studiya albomundan 6-sı ABŞ-da ən azı bir dəfə platin statusu alıb; qrupun 2000-ci ildə çıxan ilk albomu olan "Hybrid Theory" 12 dəfə, ikincisi "Meteora" isə 8 dəfə platin alıb.

 

Qrupun ümumi satışları 100 milyon rekordu keçərək, onu öz sahəsində ən uğurlu şirkətlərdən birinə çevirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
modern.az

1Mənbələr