AZ

Fransanın yeni baş naziri Azərbaycanda "arzuolunmaz şəxs" elan edilib?

Ötən gün Fransa prezidenti Emmanuel Makron sağ mərkəzçi siyasətçi Mişel Barnieri baş nazir təyin edib və ona hökumətin qurulmasını tapşırıb. 

 

73 yaşlı Barnier Fransanın mühafizəkar Respublikaçılar (LR) partiyasının veteranlarındandır. O, həmçinin Avropa İttifaqının (Aİ) strukturlarında çalışıb və 2016-2019-cu illərdə Böyük Britaniyanın Aİ-dən çıxması şərtləri ilə bağlı danışıqlara rəhbərlik edib.

 

Barnier 2022-ci il seçkilərində Fransa prezidentliyinə namizəd olmaq üçün tarışıb, lakin ilk turda 5%-dən az səs toplayan rəqibi Valeri Pekressə məğlub olub və namizəd ola bilməyib. Kampaniya zamanı Barnier immiqrasiya ilə bağlı sərt mövqe tutub, Aİ-yə daxil olmayan ölkələrdən Fransaya girişə 3-5 illik moratorium təklif edib. Solçu deputatlar Barnierin baş nazirə təyin edilməsindən narazılıqlarını ifadə ediblər.

 

Modern.az bildirir ki, Barnierin kimliyi Azərbaycan ictimaiyyətinə də yaxşı tanınır.

 

O, 2021-ci ilin dekabr ayında Valeri Pekreslə birgə Azərbaycanın əvvəllər işğal altında olan ərazilərinə səfər edib və burada erməni separatçılarla görüşüb.

 

Barnier Azərbaycana qarşı təxribatçı açıqlamalara və təkliflərə qoşulub və Ermənistana yaxınlığı ilə tanınıb.

 

Qeyd edək ki, müharibədən əvvəl Azərbaycanın işğalda olmuş ərazilərinə səfər edən şəxslər ölkə qanunvericiliyinə əsasən "arzuolunmaz şəxs" siyahısına daxil edilib. Barnierin də bu siyahıya əlavə edilib-edilmədiyi məlumat deyil.

 

Xarici İşlər Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ şərh edilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
modern.az

1Mənbələr