AZ

"İlkin layihələr imzalanmaq üçün hazırdır, 5 milyard dollara qədər vəsait cəlb edə bilərik"

Azərbaycan hökuməti xarici dövlət borcunun cəlb edilməsi üzrə sazişlər imzalamağa hazırlaşır.

Marja xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib. 

Nazir qeyd edib ki, xarici dövlət borcu üzrə Azərbaycanda müvafiq strategiya qəbul olunub:

"Həmin sənədə uyğun olaraq Azərbaycan həm daxili həm də xarici dövlət borcunu ümumi daxili məhsulun (ÜDM) müəyyən nisbətinə uyğunlaşdırmalıdır. Xarici borcumuz əhəmiyyətli dərəcədə azalıb. Bu baxımdan hesab edirəm ki, bizdə vəziyyət hazırda olduqca qənaətbəxşdir. Bununla belə, qərar verilib ki, Azərbaycan ortamüddətli dövrdə layihə maliyyələşdirməsi üçün beynəlxalq maliyyə qurumlarından təxminən 5 milyard ABŞ dollarına qədər vəsait cəlb edə bilər. Sözsüz ki, bu, bir günə əmələ gələn iş deyil".

Samir Şərifov qeyd edib ki, hazırda beynəlxalq maliyyə institutları ilə layihələrin hazırlıq prosesi, onların dəyərləndirilməsi və sair bu kimi işlər aparılır:

"Bu fəaliyyətin nəticəsi olaraq müvafiq sazişlərin imzalanması nəzərdə tutulur. Enerji sisteminin gücləndirilməsi məqsədilə artıq ilkin layihələr demək olar ki, imzalanmaq üçün hazırdır. Həmin layihələrin maliyyələşdirilməsi həm Dünya Bankı, həm də Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən həyata keçiriləcək. Bu layihələrin reallaşdırılması öz növbəsində ölkənin enerji şəbəkəsinin müəyyən neqativ təsirlərə məruz qalmasının qarşısını alacaq".

© "Report"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
marja.az

2Mənbələr