AZ

Tankı belə oğurladılar -VİDEO

Ukraynanın Pokrovsk bölgəsindən cənubda yerləşən Selidovonun şərqində maraqlı hadisə baş verib. Ukrayna mediası yazır ki, burada amansız döyüşlərin mərkəzinə çevrilən yeraltı keçid var.

Çərşənbə günü iki Rusiya zirehli texnikası piyadalarını bu əraziyə endirib. Onlar dərhal kifayət qədər yaxın məsafədən atəş açan Ukrayna T-64 tankının atəşinə məruz qalıblar.

Forbes yazır ki, bir gün sonra eyni Ukrayna tankının ekipajı məlum keçiddə cəsarətli oğurluq edib. Söhbət gərgin döyüşlər altında Rusiya tankının işlək vəziyyətdə qənimət götürülməsindən gedir. Ekipajın bu qəhrəmanlığı dronla çəkilib.


Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
news365.az

1Mənbələr