AZ

"Benfika" yeni baş məşqçi ilə bağlı qərar verib

“Benfika" klubunun yeni baş məşqçisi bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Bruno Lage "qartallar"ın sükanı arxasına gətirilib.

 48 yaşlı çalışdırıcı ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.

Lage bu postda Rocer Şmidti əvəzləyib.

Lagenin son iş yeri məşqçinin 2023-cü ilin oktyabrında tərk etdiyi Braziliyanın “Botafoqo” klubu olub. 

Xatırladaq ki, hazırda Lissabon komandası Portuqaliya çempionatının turnir cədvəlində cəmi yeddinci yeri tutur. Benfika oyunçuları ilk dörd turda yeddi xal toplaya bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
90deqiqe.az

1Mənbələr