AZ

Avtomobillərin icbari sığortası üzrə - ZƏRƏRLİLİK 72% OLUB

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb.

FED.az Mərkəzi Bankın hesabatı  istiandən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 72% olub.

Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 95 milyon 961 min manat toplanıb, 69 milyon 7 min manat ödəniş edilib.

Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artıqdır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-iyul aylarında bu göstərici 61% idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
fed.az

1Mənbələr