AZ

“Zirə”nin futbolçusu: “Şans üzümüzə gülmədi”

Millətlər Liqasında mövsümə start verilib.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması İsveçi qəbul edib – 1:3.

Oyundan sonra milli komandamızın və “Zirə”nin futbolçusu Ceyhun Nuriyev matç barədə fikirlərini bölüşüb:

“Uduzmağa layiq deyildik. Hətta qalib gələ bilərdik. Epizodlarımız çox oldu. İsveç kimi komandalara qarşı oyunlarda heç bu qədər fürsət əldə etməmişdik. Təəssüf ki, bunlardan yararlana bilmədik. Nəticədə məğlub olduq. İlk hissədə yaratdığımız qol şanslarından istifadə etsəydik, oyun fərqli məcrada keçəcəkdi. Hesab 0:1 olarkən də epizodlarımız var idi. Lakin 2-ci qoldan sonra vəziyyəti dəyişmək çox çətin oldu. Daha böyük qüvvə ilə irəli atıldıq və üçüncü topu qapımızda gördük. İsveç millisinin gücünə heç kimin şübhəsi yoxdur. Heyətinin böyük qismi Avropada çıxış edir. Düşünürəm ki, bu matçda şans üzümüzə gülmədi”.

Yarımmüdafiəçi Slovakiya millisi ilə matç barədə düşüncələrini də bildirib:

“Son Avropa Çempionatının 1/8 finalında oynayan komandadı. Çox ağır görüş olacaq. İsveçin ardınca daha bir güclü rəqib bizi gözləyir. 3 gün ərzində bu oyunu oyunub həmin görüşə fokuslanmalıyıq. Ümid edirəm ki, uğurlu nəticə ilə Azərbaycan xalqını sevindirərik”.

İsmayıl Xeyrullayev

 

Təmsilçimizdən məhsuldar bərabərlik

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsi AÇIQLANDI

Fernandu Santuş: “İsveçin mənfi nöqtələrinə fokuslanmışıq”

Emin Mahmudov: “Yaxşı oyun göstərməyə çalışacağıq”

İsveç millisinin kapitanı: “Qalib gələcəyimizi düşünürük”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
41
apasport.az

10Mənbələr