AZ

"Bakı Sığorta"da növbədənkənar ümumi yığıncaq keçiriləcək

10 oktyabr 2024-cü il tarixində "Bakı Sığorta" ASC-nin Baş ofisində cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Valyuta.az xəbər verir ki, yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmayıb.

Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 120 ünvanında keçiriləcək.

"Bakı Sığorta" ASC-nin nizamnamə kapitalının 93,32%-i  “Bank Respublika” ASC-yə, 6,68%-i "Ekolizinq” MMC -yə məxsusdur.

İyun ayında Ramin Məmmədov “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini tərk edib. Daha sonra Oqtay Şeydabəyov “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
valyuta.az

1Mənbələr