AZ

Avarçəkənlərimiz Dünya çempionatında iştirak edəcək

Sentyabrın birinci yarısında İtaliyanın Genuya şəhərində sahil avarçəkməsi və çimərlik sprinti üzrə dünya çempionatı keçiriləcək.

Fanat.Az xəbər verir ki, sentyabrın 6-8-də baş tutacaq sahil avarçəkməsi üzrə mundialda Bakı Avarçəkmə Kanoe İdman klubu adından qadınlar arasında Diana Dımçenko, kişilərdə isə Murad Sadıxov birnəfərlik qayıqda mübarizə aparacaq.

Qeyd edək ki, 2028-ci ildə Los-Anceles olimpiadasının təqvim planına daxil edilən çimərlik sprinti üzrə dünya çempionatı sentyabrın 13-15-də təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
4
fanat.az

5Mənbələr