AZ

“Azərbaycanın “dəmir yumruğ”u hər zaman yerindədir” - Təmraz Tağıyev

“Bu günlərdə Ermənistanın bir sıra revanşist qüvvələrinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamaları, xüsusən də Qərbdəki havadarlarına söykənərək “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların Qərbi azərbaycanlıların qayıdış hüqüqunu tanımamasını, konkret olaraq danmasını qəti şəkildə pisləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan icmasının Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoymaqla bağlı hər hansı addım atmaq əvəzinə, əksinə üzdə sülhdən danışmaqla kənarda bəzi revanşist qüvvələri anti-Azərbaycan addımı atmağa bir növ təhrik edir: “Qondarma rejimin tör-töküntülərinin iştirakı və rəhbərliyi ilə “repatriasiya komissiyası”nın fəaliyyət göstərməsi qəbuledilməzdir və yolverilməz sayılmalıdır.

Qərbi Azərbaycan icması rayon təşkilatının rəhbəri olaraq bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, biz də Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq.

Qarşıdakı dövrdə Ermənistanın bir yolu qalır: konstruktiv mövqe nümayiş etdirərərək, artıq formalaşmış yeni geo-siyasi reallığın yaratdığı imkanlardan yararlanmaq”.

T.Tağıyev bildirib ki, problemlərdən xilas olmağın yeganə yolu Azərbaycanın yaratdığı yeni reallığa uyğun münasibətlər sistemi qurmaq, cəfəng iddialardan birdəfəlik əl çəkməkdir: “Azərbaycanın “dəmir yumruğ”u hər zaman yerindədir. Bunu revanşist qüvvələr bir daha bilməli və nə qədər gec deyil, nəticə çıxarmalıdırlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
qafqazinfo.az

1Mənbələr