AZ

Ağaclar avtobusların yolunu kəsir: Küçələrdə monitorinq başladı

Xəbər verdiyimiz kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir. 

Belə ki, xüsusi hərəkət zolağının təşkili Tbilisi prospektində də həyata keçirilib. Yol boyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb. 

Sərnişinlər üçün həmin zolaqdan istifadə rahatlıq yaratsa da, avtobus sürücülər bundan narazıdırlar. Onlar bildirirlər ki, ağacların yolun kənarına həddən artıq yaxın olması avtobusların hərəkətini çətinləşdirir. 

Nəticədə yollarda ciddi tıxac yaranır. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYNA) mətbuat katibi Turual Orucov "Cebheinfo.az"-a açıqlamasında deyib ki, paytaxtın küçə və prospektlərində AYNA tərəfindən təhlillər aparılır: 

“Yol nişanlarının görünməsi məhdudlaşdığı və avtobusların sərbəst hərəkətinə maneə yaratdığı hallarda Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunur. Ağacların budanması zamanı mövcud problemlər aradan qaldırılır”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
cebheinfo.az

1Mənbələr