AZ

Gürcü ekspert: Qərb Gürcüstanın suverenliyini və maraqlarını müdafiə edən hakimiyyəti dəyişməyə çalışır

“Qərb birbaşa Gürcüstanın daxili işlərinə müdaxilə etməyə, parlament seçkilərinin nəticələrinə təsir göstərməyə çalışır”.

Bunu APA-ya açıqlamasında gürcü politoloq Levan Mamaladze oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri ərəfəsində ABŞ və bəzi Avropa ölkələrinin sərgilədiyi mövqeni şərh edərkən bildirib.

Onun sözlərinə görə, Qərb Gürcüstanın daxili məsələlərinə qarışdığını, parlament seçkilərinə ciddi təsir göstərməyi planlaşdırdığını açıq surətdə bəyan edir: “ABŞ Konqresinin, həmçinin, Prezident Baydenin, Dövlət Departamentinin, o cümlədən Gürcüstana gələn senatorların açıqlamaları bunu deməyə əsas verir. Qərb seçkilərin nəticəsini yalnız özünün maliyyələşdirdiyi radikal müxalifət və təşkilatlar qalib gələcəyi təqdirdə tanıyacağını bəyan edir. Bu, Qərbin Gürcüstana birbaşa müdaxilələr həyata keçirməyə və təsir göstərməyə çalışdığını göstərir. Sual yaranır: Onlar nəyə görə Gürcüstana xaricdən idarəolunan hakimiyyət gətirməyə çalışırlar? Bu, məsələn, ona görə ola bilər ki, Gürcüstan alternativsiz logistika xəttinin inkişafında həlledici rola malikdir. Çindən Avropaya, eləcə də dünyanın bir çox ölkəsi istiqamətinə yüklərin daşınmasında Azərbaycanla Gürcüstanın mühüm üstünlüyü var. Qərb Gürcüstanı idarə edə bilsə, bu logistik xətti də idarə edə bilər. Çinin Gürcüstanda güclənməsinə də bu kontekstdə nəzər sala bilərik. Çinin ixracının təxminən 90 faizi dəniz yolu ilədir. Yaponiya, Filippin, İndoneziya və digər ölkələrdə ABŞ və NATO bazaları var ki, onlar bu xətti idarə edə və istənilən zaman Çini blokadaya ala bilərlər. Ona görə də Çinin marağına cavab verir ki, Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu keçsin və alternativ ticarət vasitəsi olsun. Bu, çox vacib məsələdir. Buna görə də təzyiqlər var və Qərb ölkənin suverenliyini, maraqlarını müdafiə edən hakimiyyəti dəyişməyə çalışır. Biz mütləq bunlara dözməliyik.

Mən düşünürəm ki, inqilab səhnəsi daha az mümkündür. Seçkilərdən sonra ABŞ Gürcüstanda daha çox larinin dəyər itirməsinə, bank sisteminə təsir göstərməyə çalışacaq. Ümid edirəm ki, bizim dost ölkələr, xüsusilə də Çin Gürcüstanı dəstəkləyəcək və bu cür təsirlərə imkan verilməyəcək”.

Levan Mamaladze Gürcüstanda “xarici təsir” qanununun qəbul edilməsinin ölkənin xarici təsirlərdən qorunması baxımından zərurətə çevrildiyini, ölkədə sabitliyin və sülhün qorunması üçün başqa yol olmadığını vurğulayıb.

Onun fikrincə, Qərbin bu qanuna etirazı Gürcüstanda fəaliyyətlərinin nəzarət altında düşə biləcəyindən, məqsədlərinin aşkara çıxacağından narahat olmalarından qaynaqlanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
apa.az

1Mənbələr