AZ

Konor Makqreqor İrlandiya prezidentli olmaq niyyətindədir

Qarışıq Döyüş Növləri (MMA) üzrə dünyaca məşhur idmançı Konor Makqreqor 2025-ci ildə İrlandiyada keçiriləcək prezident seçkilərində namizəd olmaq istədiyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə o, özünün “X” sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, İrlandiyanın xalqının fəal prezidentə ehtiyacı var.

“Prezident kimi həm parlamentin aşağı palatasını çağırmaq, həm də onu buraxmaq səlahiyyətinə malik olacağam. Mən İrlandiya xalqını soyğunçulardan, kiçik biznesi məhv edənlərdən qurtarmaq istəyirəm”, - deyə Makqreqor vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
missiya.az

1Mənbələr